Uğursuz seriya haqqında düşünmürük-Qurban Qurbanov
"Keçmişə qayıtmaq istəmirəm, uğursuz seriya haqqında düşünmürük".
YeniAvropa xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniya "Frayburq"una qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan öncə mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis ardıcıl 9-cu dəfədir iştirak etdikləri avrokubokların qrup mərhələsində sonuncu oyunların heç birində qalib gələ bilməmələri ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, hazırda yalnız sabahkı matçı fikirləşirlər: "Bütün fikrimiz bu oyundadır. Qarşımızda intizamlı, güclü komanda var. Ona görə də istəyirik ki, tam gücümüzlə bu matça köklənək".
O, görüşün mahiyyətini yaxşı dərk etdiklərini söyləyib: "Qrupda məğlubiyyəti olmayan komanda ilə qarşılaşacağıq. Rəqibi artıq tanıyırıq, oyunçularına bələdik. Futbolçularıma güvənirəm. Ümid edirəm ki, ən yaxşı oyunumuzu göstərəcəyik".
Qurbanov zədəli futbolçuların durumundan da söz açıb: "Bədavi Hüseynov oynamayacaq. Leandro Andrade də zədəlidir. Qara Qarayev isə hələlik komanda ilə məşq etmir".
"Frayburq"un artıq liderliyi təmin etməsinə toxunan təcrübəli mütəxəssis deyib ki, bəzi komandalar lazımi nəticəni əldə edəndə daha rahat oynayırlar: "Bəzən isə xal lazım olan komandada gərginlik daha çox olur. Biz daha çox öz oyunumuzu fikirləşirik. Amma sabah rəqibin niyyətini daha dəqiq biləcəyik. Görək, hansı heyətlə çıxacaqlar və necə oynayacaqlar?"
Baş məşqçinin sözlərinə görə, son vaxtlar psixoloji durum barədə çox danışılır: "Biz hamımız peşəkarıq. Bilirik ki, ya qalib gələcəyik, ya da məğlub olacağıq. "Nant"la oyunumuzdan sonra Şahruddin Məhəmmədəliyevin adı çox hallandı. Səhvsiz futbolçu yoxdur. Bu hal həm məni narahat edir, həm də komandada təzyiq yaradır. Azarkeşlərimizi də yaxşı başa düşürəm. Həmişə onlara güvənmişk. Hamımız birlikdə gücümüzü bir edib rəqiblərə qalib gələ bilərik. Amma bu cür hallar pis təsir edir. Bununla belə, hər şey qaydasındadır. Heç bir psixoloji problemimiz yoxdur. Futbolçuların hamısı başa düşür ki, bu cür oyunlarda özlərini necə aparmaq lazımdır".
Qurbanov "Frayburq"la qarşılaşmanı 2017/2018 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində Danimarka "Kopenhagen"inə qarşı keçirdikləri cavab matçı ilə müqayisə edib: "Əslində bu müqayisə mənim üçün elə də asan deyil. İlkləri əldə etmək çox yaxşı hissdir. Ad olaraq Çempionlar Liqasının qrupunda oynamaq daha yaxşı kimi görünsə də, mən bu oyunu ondan zəif saymıram. Həyəcan, təbii ki, həmişə olur. Amma biz artıq müəyyən qədər təcrübəli komandayıq. Sabahkı oyuna tam ciddiyyətlə hazırlaşırıq".
Qeyd edək ki, noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.
804-cü gün:Rusuya Ukrayna müharibəsində 476 mindən çox hərbçisini itirib
Yağıntılı hava şəraiti mayın 9-dək davam edəcək
AZAL Bakı-Dubay aviareysinə xüsusi təkliflər edir
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib
Türkiyənin bir sıra bölgələrində təkrar bələdiyyə seçkiləri keçiriləcək
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Azərbaycan-ATƏT əməkdaşlığı müzakirə olunub
Slovakiyanın baş nazir Azərbaycana rəsmi səfərə gəlib
Xəzər dənizində dalğanın hündürlüyü 3,4 metrə çatıb
Azərbaycan və Özbəkistanın İcbari Tibbi Sığorta qurumları əməkdaşlıq edəcək
Futzal millimiz FIFA reytinqdə 29-cudur
“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb
Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək
12 taekvondoçumuz Avropa çempionatına yollanır
Azərbaycan-Ermənistan sərhədində artıq 40 sərhəd dirəyi quraşdırılıb
Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib
Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib
Almaniya Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb
AZAL yayda 60-dək istiqamət üzrə uçaşlar təşkil edəcək
Almatıda Bakı ilə İrəvan arasında sülh müqaviləsinin konturlarının çiziləcək?
I Qarabağ müharibəsinin 4 itkin şəhidi sabah dəfn ediləcək
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Krımda Rusiyaya məxsus daha bir hərbi gəmi məhv edilib
Millimiz "EURO-2025"in seçmə mərhələ oyunlarını Moldovada keçirəcək
22 samboçusu Avropa çempionatına yollanacaq