logo

Qurban Qurbanov DÇ-2018-in yekunlarına həsr olunmuş tədbirdə iştirak edəcək

19:13 30-07-2018 | icon 2632
Qurban Qurbanov DÇ-2018-in yekunlarına həsr olunmuş tədbirdə iştirak edəcək

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi  Qurban Qurbanov Rusiyada keçirilmiş 2018-ci il dünya çempionatının yekunlarına həsr edilən tədbridə iştirak edəcək. 

YeniAvropa xəbər verir  ki, bu haqda  FIFA-nın saytında məlumat yerləşdirilib. Qeyd  edilib ki,  quruma üzv olan 211 milli assosiasiyanın baş məşqçiləri, eləcə də 6 konfederasiyanın üzvləri də sentyabrın 23-də İngiltərənin paytaxtı Londonda təşkil olunacaq tədbirə dəvət olunublar.

Xatırladaq ki,  təbdirdə ilin ən yaxşı baş məşqçisi və futbolçusunun adları da açıqlanacaq.