logo

Azərbaycanda daha 49 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

17:13 28-10-2022 | icon 2926
Azərbaycanda daha 49 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 49 yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 823 min 149 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 min 889 nəfər müalicə olunaraq sağalıb, 9 min 943 nəfər vəfat edib. Aktiv xəstə sayı 317 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1766, bu günə qədər isə ümumilikdə 7 milyon 315 min 522 test icra olunub.