logo

Azərbaycanda daha 36 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

18:19 27-10-2022 | icon 2877
Azərbaycanda daha 36 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 36 yoluxma faktı qeydə alınıb, 43 nəfər müalicə olunaraq sağalıb, 1 nəfər ölüb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 823 min 100 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 min 849 nəfər müalicə olunaraq sağalıb, 9 min 942 nəfər vəfat edib. Aktiv xəstə sayı 309 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 112, bu günə qədər isə ümumilikdə 7 milyon 313 min 756 test icra olunub.