logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 389 min nəfəri ötüb

19:20 26-10-2022 | icon 2989
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 389 min nəfəri ötüb

Oktyabrın 26-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 669 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 268, ikinci doza vaksinlərin sayı 113, üç və daha çox doza vaksinlərin sayı 249, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 39-dur.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 908 min 602, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 389 min 266, ikinci mərhələ üzrə 4 milyon 870 min 944, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 385 min 562, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 262 min 830-dur.