Almaniyanın paytaxtı Berlində gənclərin Avropa kuboku yarışı keçirilir.
YeniAvropa xəbər verir ki, yarışın ilk günündə cüdoçularımız üç medal əldə ediblər. 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Tofiq Məmmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, Avstriya, Kanada, Rusiya, Almaniya, Rumıniya və Qazaxıstan cüdoçularını məğlub edərək Berlində qızıl medala sahib olub.
Digər təmsilçilərimiz Rövşən Əliyev (55 kq) və Hasil Cəfərov (73 kq) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, 38 ölkədən 323 oğlan və 212 qız olmaqla, ümumilikdə, 535 cüdoçunun mübarizə apardığı qitə yarışında Azərbaycan millisi 18 (12 oğlan, 6 qız) cüdoçu ilə təmsil olunur.