logo

Ağır atletimiz Tarmenxan Babayev ikiqat Avropa çempionudur

20:51 28-07-2018 | icon 2751
Ağır atletimiz Tarmenxan Babayev ikiqat Avropa çempionudur

İtaliyada keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi başa çatmaq üzrədir.

YeniAvropa xəbər verir  ki,  40-dək ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnirdə Azərbaycan yığmasının daha bir üzvü Tarmenxan Babayev mübarizəyə qoşulub. O, yaşı 17-dək oğlanların 94 kiloqram çəki dərəcəsində yarışında qüvvəsini sınayıb.

Ötən il Kosovoda altı Avropa rekordunu yeniləyərək çempion olan idmançımız bu dəfə də uğurunu təkrarlayıb.

Körpücük üzərinə çıxan atletimiz birdən qaldırma hərəkətində 145 kiloqram nəticə göstərərək gümüş medala yiyələnib. Təkanla qaldırmada 180 kiloqram nəticə göstərən təmsilçimiz bu hərəkətdə bütün rəqiblərini üstələyərək qızıl medal əldə edib.

T.Babayev toplam 325 kiloqram (145+180) nəticə ilə 94 kiloqram çəki dərəcəsində yekun sıralamada birinci yeri tutub və Avropa birinciliyinin ikiqat qalibi olub.