logo

Azərbaycanda daha 81 nəfər koronavirusa yoluxub

16:36 13-10-2022 | icon 2772
Azərbaycanda daha 81 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 81 yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 822 min 427 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 min 998 nəfər müalicə olunaraq sağalıb, 9 min 931 nəfər vəfat edib. Aktiv xəstə sayı 498 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 443, bu günə qədər isə ümumilikdə 7 milyon 282 min 773 test icra olunub.