logo

Şirvanda həkim səhlənkarlığından körpə doğuş zamanı ölüb

12:32 13-10-2022 | icon 2695
Şirvanda həkim səhlənkarlığından körpə doğuş zamanı ölüb

Sabirabad rayon sakini Elnurə Binyətovanın 2022-ci il avqustun 8-də “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Ginekologiya və doğum şöbəsində doğduğu yeni doğulmuş uşağının ölməsi faktı ilə bağlı Şirvan şəhər Prokurorluğunda araşdırma aparılıb.

Şəhər prokurorluğundan YeniAvropa-ya bildirilib ki, aparılmış araşdırmalarla müəyyənləşdirilib ki, həmin xəstəxanada mama-ginekoloq işləyən Fərqanə Qədirova doğuş prosesinə rəhbərlik etdiyi zaman səhlənkarlıq edib öz işinə vicdansız və laqeyd münasibət göstərməklə doğuşun təbii yolla yekunlaşdırılmasını qüsurla başa çatdırması nəticəsində yeni doğulmuş uşaq ölüb.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Fərqanə Qədirova Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir.