logo

İrandakı zəlzələ Naxçıvanda da hiss olunub

18:50 05-10-2022 | icon 1470
İrandakı zəlzələ Naxçıvanda da hiss olunub

Oktyabrın 5-də Naxçıvan seysmoloji stansiyasından 92 kilometr cənub-qərbdə - İran ərazisində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yerli vaxtla saat 17:51-də qeydə alınan zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 5,1-ə bərabər olan zəlzələ Naxçıvan Muxtar Respublikasında 3-4 bal gücündə hiss olunub.