logo

Novxanıdakı  "Spring" hoteldə baş verən yanğın söndürülüb

19:20 29-09-2022 | icon 1575
Novxanıdakı  "Spring" hoteldə baş verən yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin (112) qaynar xətt telefonuna Novxanı qəsəbəsində yanğın olması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, nazirliyin yanğından mühafizə qüvvələri ünvana çatdıqdan sonra yanğının "Spring" Hotelin yardımçı tikilisinin hamam və sauna bölməsində baş verdiyi məlum olub. Binadakı şəxslər təxliyə olunub, xəsarət alan yoxdur.

Yanğından mühafizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində alovun otelin əsas binasına keçməsinin qarşısı alınıb, otel binası yanğından mühafizə olunub, yanğın söndürülüb.