Azərbaycan təmsilçisi Ağdamın “Qarabağ” komandası yeni futbolçu transfer edib.
YeniAvropa xəbər verir ki, komandamız sabiq futbolçusu İnnosent Emeqaranı yenidən heyətinə qatıb. Futbolçu ilə ikiillik müqavilə imzalanıb. 29 yaşlı forvard karyerasına İsveçrənin “Vintertur” klubunda başlayıb. Daha sonra Fransanın “Loryan”, İtaliyanın “Siena” və “Livorno” klublarında çıxış edib. 2014/15-ci illər mövsümündə “Qarabağ”da çıxış edən Emeqara qısa müddətdə yeddi oyunda dörd qol vurub. Ağdam komandasından ayrıldıqdan sonra ABŞ-ın “Ertkveyks” klubunda çıxış edib. Son klubu isə Kipr təmsilçisi “Ermis” olub. Emeqara İsveçrə millisində də doqquz oyunda meydanda olub.
Qeyd edək ki, bundan əvvəl “Qarabağ” “Bursaspor”un forvardı Con Delarjı da heyətinə qatıb. Konqolu hücumçu ilə 3 (2+1) illik müqavilə imzalanıb. Delarj karyerasına Kamerunun “Union Duala” klubunda başlayıb. Sonra “Dunayska Streda” (Slovakiya), “Slovan” (Liberets, Çexiya), Avstriyanın “Admira” və “Osmanlıspor” (Türkiyə) klublarında oynayıb. 28 yaşlı hücumçunun son klubu isə “Bursaspor” olub. Konqo yığmasının heyətində 12 oyuna çıxan C.Delarj 1 qola imza atıb