logo

Güləş yığmamızın üzvləri İstanbulda 5 medal qazanıblar

12:09 23-07-2018 | icon 2821
Güləş yığmamızın üzvləri İstanbulda 5 medal qazanıblar

İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə reytinq xarakterli beynəlxalq turnir keçirilib. Yığmamızın üzvləri turniri 1 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurublar.

Azərbaycan Güləş Federasiyasından  YeniAvropa-ya  bildiriblər ki, turnirdə keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran Taleh Məmmədov (63 kq) qızıl medal qazanıb. Yalnız final görüşündə uduzan İslam Abbasov (87 kq) gümüş medalla kifayətlənməli olub. Bürünc medalları isə yığmamızın aktivinə Sakit Quliyev (60 kq), Kamran Məmmədov (67 kq) və Elvin Mürsəliyev (82 kq) yazdırıblar.

Yığma komandamız bu nəticə ilə Türkiyə və Belarusdan sonra üçüncü yerdə qərarlaşıb.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edib.