logo

Sabahdan metrostansiyalar 23:30-da giriş üçün bağlanacaq

17:15 05-09-2022 | icon 1554
Sabahdan metrostansiyalar 23:30-da giriş üçün bağlanacaq

Sentyabrın 6-dan oktyabrın 1-dək Bənövşəyi xəttin stansiyaları girişə saat 23:30-da bağlanacaq.

“Bakı Metropoliteni” QSC-dən YeniAvropa-ya bildirilib ki, Bənövşəyi xəttin “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təşkilinə dair işlərə başlanılır.

Bununla əlaqədar sentyabrın 6-dan oktyabrın 1-nə qədər saat 23:30-da Bənövşəyi xəttin stansiyaları (“Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sərnişinlərin girişinə bağlanacaq və qatarların hərəkəti məhdudlaşdırılacaq.