logo

Ağstafada qatar qadını vurub öldürdü

11:55 18-07-2022 | icon 1295
Ağstafada qatar qadını vurub öldürdü

Ağstafa rayonunda qatar yerli sakini vuraraq öldürüb.

 YeniAvropa xəbər verir ki, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.

Ağstafa rayon sakini, 1970-ci il təvəllüdlü Mətanət Əli qızı Əliyeva mal-qaranı dəmiryolu xətti üzərindən qarşı tərəfə keçirmək istəyən zaman qatar onu vurub. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.