logo

Bakıda kürəkən qayınatasının evini atəşə tutub

13:13 15-07-2022 | icon 1561
Bakıda kürəkən qayınatasının evini atəşə tutub

Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinə iyulun 12-də Müşfiqabad qəsəbəsində yaşayan B.Hudamovun evinin divarına ov tüfəngindən 2 dəfə atəş açılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla bu əməlin B.Hudamovun kürəkəni, Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş F.Dəmirovun xuliqanlıq zəminində törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində F.Dəmirov polis əməkdaşları tərəfindən saxlanılıb.

Ondan qanunsuz saxladığı lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 7 ədəd patron götürülüb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.