logo

Sabah 11 cüdoçumız Budapeşt “Böyük dəbilqə”sində mübarizəyə başlayır 

09:09 07-07-2022 | icon 2184
Sabah 11 cüdoçumız Budapeşt “Böyük dəbilqə”sində mübarizəyə başlayır 

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, növbəti “Böyük dəbilqə” turniri Macarıstanın paytaxtı Budapeştə keçiriləcək.

YeniAvropa xəbər verir ki, iyulun 8-10-da təşkil olunacaq yarışa dünyanın 63 ölkəsindən 434 idmançı qatılacaq.

Turnirdə performans direktoru Mark van der Ham, baş məşqçi Riçard Trautman, məşqçilər Zaur Babayev və Mehman Əzizovun rəhbərliyi altında Azərbaycan milli yığmasının 11 üzvü iştirak edəcək. Belə ki, yarışda Əhməd Yusifov, Rövşən Əliyev (60 kq), Yaşar Nəcəfov, İbrahim Əliyev (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Səid Mollayi, Zelim Tckayev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri (+100 kq) medallar uğrunda mübarizə aparacaqlar.