logo

“Eurovision 2023” mahnı müsabiqəsi Ukraynada keçirilməyəcək

15:30 17-06-2022 | icon 4998
“Eurovision 2023” mahnı müsabiqəsi Ukraynada keçirilməyəcək

Ukrayna ölkədəki mövcud vəziyyət səbəbindən  “Eurovision 2023” beynəlxalq mahnı müsabiqəsini təşkil edə bilməyəcək.

YeniAvropa "Ukrinform" agentliyinə istinadla xəbər verir ki, bu barədə qərar Avropa Yayım Birliyi(EBU) tərəfindən qəbul olunub.

“Ukrayna təmsilçisinin “Eurovision 2022”  qələbəsindən sonra EBU Ukrayna İctimai televiziya kompaniyasının müsabiqənin gələn il keçirilməsi variantlarını öyrənib. Obyektiv təhlildən sonra referent qrupu təəssüf hissi ilə belə qərara gəlib ki, mövcud vəziyyət, təhlükəsizlik zəmanəti nəzərə alınaraq, yayımçı müsabiqənin qaydalara uyğun təşkili və keçiirilməsi üçün zəruri olan şərtləri yerinə yetirə bilməyəcək”, - deyə müsabiqənin saytında dərc olunmuş bəyanatda bildirilir.

Xatırladaq ki bu ilin mayında keçirilmiş mahnı müsabiqəsində Ukraynanın "Kalush Orchestra" qrupu Stefania kompozisiyası ilə qalib gəlib. İkinci yeri 466 bal toplayan Böyük Britaniya təmsilçisi Sem Rayder tutub.

Hazırda müsabiqənin Britaniyada keçirilməsi məsələsinə baxılır. EBU bununla bağlı "BBC" ilə danışıqlara başlayır.

“Eurovision”  1956-cı ildən keçirilməyə başlayan ən populyar qeyri-idman tədbirlərdən biridir, onun 600 milyonadək tamaşaçı auditoriyası var.