"DÇ-2018": Putin 15 dövlət başçısı ilə birgə mundialın final qarşılaşmasını izləyəcək
Rusiyada keçirilən futbol üzrə dünya çempionatının final oyununda dövlət başçıları ilə yanaşı, bir çox xarici nümayəndə heyətlərinin rəhbərləri də iştirak edəcək.
YeniAvropa xəbər verir ki, Rusiya prezidentinin beynəlxalq işlər üzrə köməkçisi Yuri Uşakov mundialın finalında 15 dövlət başçısının iştirakının gözlənildiyini deyib: "Müxtəlif ölkələrin başçıları, bir neçə nazir və digər yüksəkvəzifəli nümayəndələr final matçında iştirak edəcək".
Rusiya prezidenti Vladimir Putinin final oyunu zamanı Xorvatiya və Fransa prezidentləri ilə görüşəcəyi gözlənilir.
Qeyd edək ki, DÇ-2018-in finalında Fransa və Xorvatiya yığmaları üz-üzə gələcəklər. İyulun 15-də "Lujniki" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 19:00-da baş tutacaq.