"Qarabağ" klubunun Sloveniya "Olimpiya"sı ilə keçirəcəyi Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşünə artıq 5 min bilet satılıb.
YeniAvropa xəbər verir ki, bu haqda Tofiq Bəhramov stadionundan bildirilib. Qeyd edilib ki, biletlər iki gündür ki satışa çıxarılıb. Biletlərin qiymətləri sektorlara uyğun olaraq, 1 manat, 2 manat, 3 manat, 5 manat və 10 manat təşkil edir. VİP biletlər isə 50 manatdır.
Xatırladaq ki, "Qarabağ" Sloveniyada keçirdiyi ilk qarşılaşmada 1:0 hesabı ilə qalib gəlib. Cavab oyunu isə iyulun 18-də keçiriləcək Qarşılaşma saat 21:00-da başlayacaq.