logo

Azərbaycanda daha 12 nəfər koronavirusa yoluxub

16:56 08-06-2022 | icon 2975
Azərbaycanda daha 12 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 832 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 063 nəfər müalicə olunaraq sağalıb, 9 714 nəfər vəfat edib. 55 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 706, bu günə qədər isə ümumilikdə 6 914 600 test icra olunub.