İyulun 12-də futbol üzrə UEFA Avropa Liqasının birinci seçmə mərhələsinin ilk oyunları çərçivəsində “Neftçi” klubu doğma meydanda Macarıstanın “Uypeşt” komandası ilə qarşılaşıb. YeniAvropa xəbər verir ki, “Dalğa Arena” stadionunda keçirilən oyunda “Neftçi” klubunun start heyətində Səlahət Ağayev, Kiril Petrov, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, Anton Krivotsyuk, Soni Murtivar, Rəhman Hacıyev, Qoran Paracki, Dario Frederiko, Namiq Ələsgərov, Baqali Dabo yer alıblar.
“Uypeşt” klubunun heyətində isə Filip Poyoviç, Robert Lutaiski, Miyuşko Boyoviç, Bolaj Benyamin, Burikoviç Cenan, Ceke Benyamin, Boyan Sankoviç, Donat Coter, Daniel Nod, Branko Pauleviç və Şomo Novotnı meydana çıxıblar.
Matçının ilk hissəsi 1:1 hesabı ilə başa çatıb.
Qarşılaşmanın ikinci hissəsində hücumlarını artıran paytaxt təmsilçiləri 72-ci dəqiqədə istəklərinə çatıblar. Baqali Dabo dublunu rəsmiləşdirib. Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə paytaxt təmsilçisi hesab arasındakı fərqi artırıb. Emin Mahmudov adını tabloya yazdırıb. Beləliklə, "Neftçi" klubu avrokuboklardakı ilk oyununa 3:1 hesablı qələbə ilə başlayıb.
Qeyd edək ki, “Neftçi” klubu “Uypeşt” komandasına qarşı cavab qarşılaşması iyulun 19-da baş tutacaq.