logo

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib

09:56 03-06-2022 | icon 2366
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib

Avropa İttifaqı Şurası Ukraynada müharibə ilə əlaqədar Rusiyaya qarşı altıncı sanksiya paketini təsdiqləyib.

YeniAvropa xəbər verir ki, Aİ Şurasının press-relizində iqtisadi və fərdi sanksiyaların, eyni zamanda, Belarusa qarşı da tətbiq olunacağı bildirilir.

Yeni məhdudlaşdırıcı tədbirlərə əsasən, Avropa İttifaqı ölkələri altı ay ərzində Rusiya neftindən, səkkiz ay ərzində isə neft məhsullarından imtina ediləcək, boru kəməri ilə müvəqqəti tədarüklər istisna olmaqla Rusiyadan dəniz yolu ilə daşınan neft mərhələli şəkildə dayandırılacaq.

Altıncı sanksiyalar paketi, həmçinin “Sberbank”, “Rosselxozbank” və Moskva Kredit Bankının SWIFT sistemindən çıxarılmasını, Rusiyanın RTR/RTR Planeta, Rossiya 24, TV Sentr (Beynəlxalq) telekanallarının Avropada yayımının dayandırılmasını nəzərdə tutur.

Qeyd olunur ki, hüquqi sənəd daha sonra Avropa İttifaqının rəsmi jurnalında dərc ediləcək və fərdi məhdudiyyətlər siyahısına əlavə edilən şəxslərin adları məlum olacaq. Bundan sonra sanksiyalar rəsmən qüvvəyə minəcək.