logo

"DÇ-2018": Fransa ilk finalçı oldu

00:12 11-07-2018 | icon 3080
"DÇ-2018": Fransa ilk finalçı oldu

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib.

YeniAvropa xəbər verir  ki, bu, Fransa milli komandasıdır.

Didye Deşamın baş məşqçisi olduğu komanda yarımfinalda Belçika yığması ilə qarşılaşıb.Oyunda yeganə qolu 51-ci dəqiqədə Samuel Umtiti vurub. O, künc zərbəsindən sonra topu başı ilə qapıya vurub.

Beləliklə, Fransa millisi 12 ildən sonra dünya çempionatının finalına yüksəlib. Digər finalçı iyulun 11-də Xorvatiya və İngiltərə yığmaları arasında keçiriləcək qarşılaşmanın qalibi olacaq.

Fransa hələlik yeganə dünya çempionluğunu 1998-ci ildə qazanıb.