logo

DÇ-2018: Xorvatiya-İngiltərə matçı Cüneyt Çakır idarə edəcək

22:43 09-07-2018 | icon 2730
DÇ-2018: Xorvatiya-İngiltərə matçı Cüneyt Çakır idarə edəcək

FİFA 2018-ci il dünya çempionatının Xorvatiya və İngiltərə komandaları arasında oynanılacaq yarımfinal matçının hakimlər briqadasını təyin edib.

YeniAvropa xəbər verir  ki, iyulun 11-də Moskvanın "Lujniki" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 22:00-da başlanacaq.

Qarşılaşmanı türkiyəli hakim Cüneyt Çakır idarə edəcək. Ona yan xətt hakimləri Bahəttin Duran və Tarık Onqun, həmçinin dördüncü hakim – hollandiyalı Byorn Kuypers köməklik edəcək.