logo

Səmədov Rusiya yığmasındakı karyerasını bitirdi

15:35 08-07-2018 | icon 3010
Səmədov Rusiya yığmasındakı karyerasını bitirdi

Azərbaycanlı futbolçu Aleksandr Səmədov Rusiya yığmasında kareyasının bitdiyini bildirib.

YeniAvropa  yerli KİV-ə istinadla bildirir ki.  o  bu haqda dünən futbol üzrə dünya çempionatının ¼ finalında Xorvatiyaya qarşı keçirilən  oyundan sonra deyib: “Artıq qərar vermişəm. Qərara gəldim ki, bu mənim Rusiya yığmasında son oyunumdur”.

Qeyd edək ki, Aleksandr Səmədov Rusiya yığmasında 53 oyun keçirib və 7 qol vurub. Milli komandada o, 2011-ci ildə debüt edib. "DÇ-2018"-də Səmədov Rusiya yığmasının beş oyunun hamısında meydanda olub.

Xatırladaq ki, Aleksandr Səmədov  dəfələrlə Azərbaycan yığmasına dəvət alsa da, o Rusiyada oynamağa üstünlük verib.