logo

Mərkəzi Asiyadan qalxan toz dumanı Azərbaycanın səmasına daxil olub.

20:30 25-04-2022 | icon 1575
Mərkəzi Asiyadan qalxan toz dumanı Azərbaycanın səmasına daxil olub.

Peyk görüntülərinə və toz proqnoz modellərinə əsasən, bu gün günorta saatlarından başlayaraq ölkə ərazisinə şərq və cənub-şərq küləkləri vasitəsilə Mərkəzi Asiyadan toz kütlələri daxil olub.

 YeniAvropa xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib.

U.Tağıyeva bildirib ki, avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, hazırda havada dispers toz hissəciklərinin miqdarı Nizami, Xətai və Səbail rayonlarında normadan 2 dəfəyədək yüksəkdir”.

Xidmət rəisinin sözlərinə görə, meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində havada tozun miqdarının normadan çox olacağı gözlənilir.