logo

Göygöldə 38 yaşlı iki uşaq atası özünü tövlədə asdı

13:44 24-04-2022 | icon 1554
Göygöldə 38 yaşlı iki uşaq atası özünü tövlədə asdı

Daşkəsən rayon sakini Göygöl rayonunda yaşadığı evin tövləsində özünü asaraq intihar edib.

YeniAvropa xəbər verir ki, Daşkəsən rayon Qabaqtəpə kənd sakini, 1984-cü il təvəllüdlü Quliyev Rafiq Qüdrət oğlu Göygöl rayonunda yaşadığı evin tövləsində özünü asaraq intihar edib.

Onun uzun müddət qaraciyər sirrozu xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, mərhumun 2 övladı var.