logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 838 min nəfəri ötür

18:19 23-04-2022 | icon 1638
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 838 min nəfəri ötür

Aprelin 23-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 4 min 363 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 478, ikinci doza vaksinlərin sayı - 230, üç və daha çox doza vaksinlərin sayı – 3 min 346, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 309-dur.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 623 min 719, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 337 min 184, ikinci mərhələ üzrə 4 milyon 838 min 229, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 210 min 6, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 238 min 300-dür.