İyulun 7-da Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının dörddəbir final mərhələsinin son iki oyunu keçiriləcək.
YeniAvropa xəbər verir ki, günün Bakı vaxtı ilə saat 18:00-da başlayacaq ilk görüşündə İsveç və İngiltərə yığma komandaları üz-üzə gələcək. “Samara Arena”da keçiriləcək matçın baş hakimi hollandiyalı Byörn Kuypers olacaq.
Digər oyununda isə Rusiya və Xorvatiya yığmaları qarşılaşacaqlar. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq qarşılaşmanı braziliyalı referi Rikki Sandro idarə edəcək. Matç Soçidəki “Fişt Arena” stadionunda oynanılacaq.
Xatırladaq ki, Rusiya yığması ilk dəfədir ki, mundialda dörddəbir finala yüksəlib.
Qeyd edək ki, dünya çempionatının iki yarımfinalçısı artıq bəllidir. Bunlar Fransa və Belçika yığmalarıdır.
Mundialın yarımfinal oyunları iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.