Dünya çempionatının 1/4 final mərhələsinin bütün iştirakçıları məlum oldu
İyulun 3-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin sonuncu oyununda İngiltərə və Kolumbiya milliləri qarşılaşıblar. YeniAvropa xəbər verir ki, Moskvadakı “Spartak” stadionunda keçirilən matçda 11 metrlik cərimə zərbələri seriyasında qalib gələn İngiltərə millisi dörddəbir finala sonuncu vəsiqənin sahibi olub.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunun birinci hissəsində qapılara top vurulmayıb və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.
Matçın ikinci hissəsində “dumanlı albion” təmsilçiləri hesabı açıblar. Görüşün 57-ci dəqiqəsində Kolumbiya millisinin qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Harri Keyn mundialda altıncı qoluna imza atıb – 1:0.
Lakin İngiltərə millisi bu üstünlüyü oyunun sonunadək qoruyub saxlaya bilməyib. Matçın əsas vaxtına əlavə edilən hissənin 3-cü dəqiqəsində (90+3) Yerri Mina hesabı bərabərləşdirib – 1:1.
Görüşün əsas vaxtı heç-heçə başa çatdığından qalibi müəyyənləşdirmək üçün təyin olunan 15 dəqiqəlik iki əlavə hissədə də hesab açılmayıb. On bir metrlik cərimə zərbələri seriyasını daha dəqiq yerinə yetirən (4:3) İngiltərə yığması dörddəbir finala sonuncu vəsiqənin sahibi olub.
İngilislər dörddəbir finalda İsveç yığması ilə qarşılaşacaqlar. Yarımfinala vəsiqə uğrunda digər oyunlarda Uruqvay millisi Fransa yığması ilə, Rusiya Xorvatiya ilə, Braziliya isə Belçika millisi ilə qarşılaşacaq.
Xatırladaq ki, səkkizdəbir final mərhələsinin ilk oyununda Fransa millisi argentinalıları məğlub edib (4:3), Uruqvay isə Portuqaliya yığmasından üstün olub (2:1). Bu mərhələnin ən gözlənilməz nəticəsi ev sahibi Rusiyanın İspaniya millisini mübarizədən kənarlaşdırması olub. Oyunun əsas vaxtı və əlavə olunmuş dəqiqələrdə hesab bərabər olduğundan (1:1) qalibi müəyyənləşdirmək üçün təyin olunan 11 metrlik cərimə zərbələri seriyasını ruslar daha dəqiq yerinə yetiriblər - 4:3. Xorvatiya-Danimarka oyununda da əsas vaxtda qalib müəyyənləşmədiyindən (1:1) Balkan təmsilçiləri 11 metrlik cərimə zərbələri seriyasını dəqiq yerinə yetirərək (3:2) dörddəbir final mərhələsinə vəsiqə qazanıblar. Braziliya yığması Meksika millisinə (2:0), Belçika isə Yaponiyaya (3:2) qalib gələrək dörddəbir finala yüksəliblər.
Mundialın dörddəbir final mərhələsinin görüşləri iyulun 6-7-də, yarımfinal matçları isə iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb