Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin daha bir görüşü keçirilib.YeniAvropa xəbər verir ki, Samara Arena"da baş tutan matçda Braziliya və Meksika komandaları üz-üzə gəliblər. Qarşılaşma Braziliyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə ilk qolu Neymar vurub. 26 yaşlı hücumçu 51-ci dəqiqədə fərqlənib. Roberto Firmino isə 88-ci dəqiqədə fərqi iki topa çatdırıb.
Qeyd edək ki, Braziliya yığması 1/4 finaldakı Belçika - Yaponiya cütünün qalibi ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 6-da keçiriləcək.