logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 816 min nəfəri ötür

19:19 24-03-2022 | icon 2800
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 816 min nəfəri ötür

Martın 23-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 6 min 914 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 347, ikinci doza 787, üç və daha çox doza 5418, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 362-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 382 min 494, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 320 min 73, ikinci mərhələ üzrə 4 milyon 816 min 72, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 21 min 324, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 225 min 25-dir.