logo

Güləşçilərimiz dünya çempionatında qüvvələrini sınayırlar

16:50 02-07-2018 | icon 3087
Güləşçilərimiz dünya çempionatında qüvvələrini sınayırlar

Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmə güləşçilərin dünya çempionatı start götürüb.

YeniAvropa xəbər verir  ki,  ilk yarış günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcəsində sərbəst güləşçilər yarışırlar.

İlk gündə mübarizə aparan güləşçilərimizdən dördü – Əlihəsən Əmirli (48 kq), Turan Bayramov (65 kq), Saqadulla Ağayev (80 kq) və İslam Abuyev (110 kq) yarımfinala yüksəlib. Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bundan əlavə. görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev də təmsil edir.