Bu gün futbol üzrə dünya çempionatının 1/8 final mərhələsinə start veriləcək
İyunun 30-da Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinə start veriləcək.
YeniAvropa xəbər verir ki, Bakı vaxtı ilə saat 18:00-da başlayacaq ilk görüşündə Fransa və Argentina yığma komandaları üz-üzə gələcəklər. “Kazan Arena”da keçiriləcək matçın baş hakimi iranlı Alireza Faqani olacaq.
“C” qrupunda Avstraliya (1:0) və Peru (1:0) yığmalarına qalib gələn fransızlar sonuncu görüşdə Danimarka ilə qolsuz heç-heçə edərək qrupu 7 xalla ilk sırada başa vurublar.
Çempionatın favoritlərindən hesab olunan Argentina yığması yer aldığı “D” qrupunda göstərdiyi oyunla azarkeşlərinin istəyinə cavab verə bilməyib. İlk oyunda çempionatın debütantı İslandiya ilə 1:1 hesablı heç-heçə edən argentinalılar ikinci görüşdə Xorvatiya yığmasına məğlub olublar – 0:3. “Gümüşü ölkə” təmsilçiləri səkkizdəbir finala Nigeriya üzərində 2:1 hesablı çətin qələbə sayəsində çıxa biliblər.
Günün digər oyununda Uruqvay və Portuqaliya yığmaları qarşılaşacaqlar. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq qarşılaşmanı meksikalı referi Sezar Ramos idarə edəcək. Matç Soçidəki “Fişt” stadionunda oynanılacaq.
Mundialda mübarizəyə “A” qrupunda başlayan Uruqvay yığması bütün görüşlərdə qalib gələn üç komandadan biridir. İkiqat dünya çempionları Mərakeş və Səudiyyə Ərəbistanı yığmalarına 1:0, ev sahibi Rusiya millisinə isə 3:0 hesabı ilə qalib gəliblər.
“B” qrupunda İspaniya (3:3) və İran (1:1) ilə heç-heçə edən Portuqaliya millisi isə Mərakeşi minimal hesabla məğlub edərək qrup ikincisi kimi səkkizdəbir finala yüksəlib. Portuqaliyalıların hücumçusu Kriştiano Ronaldo qrup mərhələsində dörd qol vurub.
Futbol üzrə dünya çempionatının səkkizdəbir final mərhələsi çərçivəsində iyulun 1-də İspaniya-Rusiya, Xorvatiya-Danimarka matçları oynanılacaq. İyulun 2-də Braziliya-Meksika və Belçika-Yaponiya, ertəsi gün isə İsveç-İsveçrə və Kolumbiya-İngiltərə görüşləri baş tutacaq.
Çempionatın səkkizdəbir final mərhələsinin bütün görüşləri İdman Azərbaycan kanalında canlı yayımlanacaq. Bundan əlavə, Fransa-Argentina və İspaniya-Rusiya görüşləri İctimai Televiziyada futbolsevərlərə təqdim olunacaq.
Mundialın dörddəbir final mərhələsinin görüşləri iyulun 6-7-də, yarımfinal matçları isə iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb