“DÇ-2018” çərçivəsində iyunun 23-də Soçinin “Fişt” stadionunda “F” qrupu üzrə Almaniya-İsveç matçını 44 287 tamaşaçı izləyib.
YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu rəqəm stadion üçün çempionat keçirildiyi dövrdə rekord göstəricidir. Əvvəlki yüksək göstərici - 43866 nəfər tamaşaçı iyunun 15-də Portuqaliya-İspaniya matçında olub.
“Fişt” stadionunun dünya çempionatında rəsmi tamaşaçı tutumu 44 min 287 nəfərlikdir.