logo

“DÇ 2018”:Rusiya yığması səkkizdəbir finalda 

23:44 19-06-2018 | icon 2814
“DÇ 2018”:Rusiya yığması səkkizdəbir finalda 

İyunun 19-da Rusiya-Misir qarşılaşması ilə futbol üzrə XXI dünya çempionatının qrup mərhələsinin ikinci turuna start verilib.

YeniAvropa xəbər verir  ki,  “A” qrupunda yer alan bu komandaların görüşü Sankt-Peterburq şəhər stadionunda oynanılıb. Paraqvaylı referi Enrike Kaseresin idarə etdiyi oyun ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Beləliklə, dünya çempionatının “A” qrupunda yer alan ev sahibi Rusiya yığması ilk oyunda Səudiyyə Ərəbistanı üzərində 5:0 hesablı qələbədən sonra ikinci görüşdə Misir millisini də məğlub edərək xallarının sayını 6-ya çatdırıb və adını səkkizdəbir finala yazdırıb. İlk oyunda Misir millisinə minimal hesabla qalib gələn Uruqvay yığması isə sabah keçiriləcək görüşdə Səudiyyə Ərəbistanını məğlub edərsə, bu qrupdan səkkizdəbir finala yüksələcək ikinci komanda olacaq. Qrupun favoriti sayılan uruqvaylıların Səudiyyə Ərəbistanını məğlub etmək şansları olduqca yüksəkdir.

Misir millisi isə qrupda ardıcıl ikinci görüşdə də məğlub olaraq səkkizdəbir finala yüksəlmə şansını itirib.

“A” qrupunda sonuncu turda Rusiya ilə Uruqvay və Misir ilə Səudiyyə Ərəbistanı yığmaları qarşılaşacaqlar.

Futbol üzrə XXI dünya çempionatına iyulun 15-də yekun vurulacaq.