logo

Moskva-Qəbələ aviareysi açılıb

10:10 17-01-2022 | icon 3570
Moskva-Qəbələ aviareysi açılıb

Azərbaycanın Qəbələ şəhəri ilə Rusiyanın paytaxtı Moskva şəhəri arasında yeni müntəzəm aviareys açılıb.

YeniAvropa xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib.

Qeyd edilib ki, qonşu ölkənin "Nordwind" aviaşirkəti 189 sərnişin oturacağı olan "Boeing 737-800" təyyarəsində Moskvanın Şeremetyevo Beynəlxalq Hava Limanından Qəbələyə ilk reys yerinə yetirib. Uçuş 3 saat davam edib.

Müntəzəm reys həftədə bir dəfə - bazar günləri həyata keçiriləcək. Yerli vaxtla saat 4:10 dəqiqədə təyyarə Qəbələdə enəcək, saat 5:20 dəqiqədə Rusiya paytaxtına qayıtmaq üçün havaya qalxacaq.

"Bütün beynəlxalq norma və tələblərə cavab verən Qəbələ beynəlxalq hava limanı istənilən tip hava gəmisini qəbul etməyə qadirdir", - AZAL bəyan edib.