"Qarabağ" klubu hazırda Rusiyada keçirilən "DÇ-2018"də çıxış edən Tunis milli komandasının futbolçusu Kərim Laribiyə transfer təklifi göndərib.
YeniAvropa xəbər verir ki, bu haqda "TuttoMercatoWeb" nəşri məlumat yayıb. Məlumatda qeyd edilib ki, hazırda 27 yaşlı yarımmüdafiəçi ilə danışıqlar aparılır.
Xatırladaq ki, Laribi ötən iki mövsümü İtaliya "B" seriyasında çıxış edən "Çezena" klubunda keçirib. O, üst-üstə 61 oyunda 8 qol vurub. Futbolçu 2017-ci ildən dəvət aldığı Tunis yığmasının heyətində 2 oyuna çıxıb.
Ötən mövsüm "Çezena" "B" seriyasında 13-cü yeri tutub.(Report)