logo

Hacıqabulda 40 avtomobil zəncirvari qəzaya düşdü: ölən və yaralanan var

11:01 01-01-2022 | icon 6797
Hacıqabulda 40 avtomobil zəncirvari qəzaya düşdü: ölən və yaralanan var

Hacıqabul rayonunda 40 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, ölən və yaralananlar var.

YeniAvropa xəbər verir ki,  hadisə Ələt-Astara magistral yolunun Şirvan şəhəri ilə Hacıqabul rayonu ərazisinin kəsişdiyi körpüdə qeydə alınıb.

İlkin məlumata görə, zəncirvari qəza zamanı 20 maşın toqquşub. Nəticədə 1 nəfərin öldüyü, 4 nəfərin isə xəsarət aldığı bildirilir. Yaralılar Şirvan və şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.