İspaniyalı tennisçi Rafael Nadal karyerasında 11-ci dəfə Fransanın açıq tennis çempionatının qalibi olub.
YeniAvropa xəbər verir ki, o, finalda avstriyalı Domenik Tima üzərində 3:0 hesabı ilə qələbə qazanıb - 6:4, 6:3, 6:2. Qarşılaşma 2 saat 44 dəqiqə davam edib.
Qeyd edək ki, Nadal tennis tarixində “Böyük dəbilqə” seriyasından olan eyni turnirin 11 dəfə qalibi olmuş yeganə ikinci şəxsdir. Bu qəbildən olan yarışların birinci rekordçu qalibi isə 1960-1973-cü illərdə keçirilmiş Avstraliya açıq birinciliyində 11-ci qələbəyə imza atmış Marqaret Kort olub. İspaniyalı ən mötəbər tennis turnirində qələbələrin sayına görə tennisçilər arasında ikinci yerdədir. 20 qələbə ilə isveçrəli Rojer Federer onu qabaqlayır.