logo

Külək Bakıda  keçirilən dünya çempionatına maneçilik törətdi

22:13 08-06-2018 | icon 2807
Külək Bakıda  keçirilən dünya çempionatına maneçilik törətdi

Küləkli hava şəraiti ilə əlaqədar Bakıda velosiped idmanının BMX üzrə dünya çempionatında gənclər və elit kateqoriyasının iyunun 8-də keçirilməli olan təsnifat yürüşləri təxirə salınıb.

YeniAvropa xəbər verir  ki, bu səbəbdən iyunun 9-da yarış proqramında müəyyən dəyişikliklər edilib.

Yeni yarış cədvəlinə əsasən, iyunun 9-da saat 18:00-da dünya çempionatının keçici bayrağı 2019-cu ildə yarışı qəbul edəcək Belçika nümayəndələrinə təqdim ediləcək. Saat 18:10-dan 20:30-dək təsnifat yürüşləri keçiriləcək. İyirmi dəqiqəlik fasilədən sonra saat 20:50-də final mərhələsi başlayacaq. Həlledici yürüşlər saat 23:10-da bitəcək və bundan sonra dünya çempionatının qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək.