logo

Şamaxıda sərnişin mikroavtobusu aşıb, yaralananlar var

10:02 08-06-2018 | icon 3388
Şamaxıda sərnişin mikroavtobusu aşıb, yaralananlar var

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.YeniAvropa xəbər verir  ki, ilkin məlumata görə, bu gün saat 09 radələrində magistral yolun Şamaxının Mirikənd kəndi ərazisindən keçən hissəsində “Ford” markalı mikroavtobusun aşması nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb.

Hazırda yaralılar təcili yardım stansiyasının avtomobilləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılır.

Faktla bağlı araşdırma aparılır.