Türkiyənin "Fənərbağça" klubunun yeni prezidenti seçilib.
YeniAvropa xəbər verir ki, yeni prezident "Koç Holding"in İdarə Heyətinin sədr müavini, "Ford Otosan" və "Yapı Kredi" Bankının İdarə Heyətinin sədri Ali Koç olub.
51 yaşlı iş adamı klub prezidenti seçkisində Aziz Yıldırıma qalib gəlib. Bununla da Yıldırımın 20 illik hakimiyyətinə son qoyulub.
Seçkidə rekord sayda - 21350 nəfər səs verib.