logo

Ələt-Astara yolunda ağır avtoqəza: 2 nəfər öldü

16:30 02-11-2021 | icon 6916
Ələt-Astara yolunda ağır avtoqəza: 2 nəfər öldü

Ələt qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib. 

 YeniAvropa xəbər verir ki, hadisə Ələt-Astara magistralının 59-cu kilometrliyində qeydə alınıb.

“FORD TRANZİT” markalı mikroavtobus “HOVO” markalı yük avtomobilinə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlər- Neftçala rayonunun Şorkənd kənd sakinləri, 1963-cü il təvəllüdlü İsmayılova İradə Balaxan qızı və 1975-ci il təvəllüdlü Aşurova Əhliqə Ağasəf qızı hadisə yerində ölüblər. Qəza zamanı xəsarət alan bir nəfər isə Ələt qəsəbə xəstəxanasına yerləşdirlib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.