“Neftçi” baş məşqçi Tərlan Əhmədovla yollarını ayırıb.
YeniAvropa xəbər verir ki, Bu haqda klubun rəsmi saytında məlumat yayılıb. Xəbərdə qeyd edilir ki, müqavilə müddəti bu gün başa çatan mütəxəssislə yeni sözləşməyə ehtiyac duyulmayıb. Belə ki, paytaxt təmsilçisi Müşahidə Şurasının və təsisçilərin qərarı ilə Əhmədovla sağollaşıb.
Qeyd edək ki, “Neftçi”yə ötən mövsümün əvvəllərində keçən Tərlan Əhmədovun rəhbərliyi altında “ağ-qaralar” mövsümü 3-cü pillədə başa vuraraq, Avropa Liqasına vəsiqə qazanıb