Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin yeni klubu müəyyənləşib.
YeniAvropa xəbər verir ki, 22 yaşlı hücumçu karyerasını Avstriya Bundesliqasında çıxış edən “Mattersburq”da davam etdirəcək. Bu barədə klub prezidenti Martin Puxer açıqlamasında məlumat verib. Avstriya mətbuatı gənc hücumçunu “Zalsburq”a qayıdan Smail Prevlyakın əvəzinə alındığını yazıb. “Mattersburq” cari mövsümdə Bundesliqanı 36 oyunda 46 xal yığaraq 6-cı pillədə başa vurub.
Qeyd edək ki, Rusiyanın “Zenit” klubunun yetirməsi olan Ramil Şeydayev 2016-cı ilin yayında “Trabzonspor”la dördillik müqavilə bağlayıb. O, 2017-ci ilin yanvarında Slovakiyanın “Zilina”, ötən ilin yayında isə “Qarabağ” klubuna icarəyə verilib. R.Şeydayev bu komandaların heyətində Slovakiya və Azərbaycan çempionu olub.