Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının rəsmi mahnısı ictimaiyyətə təqdim olunub.
YeniAvropa xəbər verir ki, “Live It Up” adlanan mahnını tanınmış aktyor amerikalı Uill Smit, həmyerlisi Niki Cem və albaniyalı müğənni Era İstrefi ifa ediblər. Mahnının klipi artıq “YouTube” sosial şəbəkəsində yayımlanıb. Bu mahnı futbol üzrə XXI dünya çempionatının iyunun 15-də Moskvada “Lujniki” stadionunda keçiriləcək açılış mərasimində ifa olunacaq.
Dünya çempionatı oyunları iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.