“Qarabağ” klubu doqquz futbolçu ilə yollarını ayırıb.
YeniAvropa kluba istinadla xəbər verir ki, İbrahim Şehiç, Riçard Almeyda, Elvin Yunuszadə, Rahid Əmirquliyev, Əfran İsmayılov, Ağabala Ramazanov, Arif Daşdəmirovun müqavilə, Pedro Enrike və Ramil Şeydayevin icarə müddəti başa çatıb.
Klub rəhbərliyi futbolçulara “Qarabağ”dakı xidmətlərinə görə, təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.