logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 3 milyon 357 min nəfəri ötüb

17:19 19-09-2021 | icon 2835
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 3 milyon 357 min nəfəri ötüb

Sentyabrın 19-da Azərbaycanda 51 min 300 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 min 474, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 min 826 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 976 min 549, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 619 min 432, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 357 min 117 nəfər təşkil edir.